x

Mesajlarımızı başqa kimsə görürmü ?

Bu günki yazımda elektronikanın, texnikanın inkişafının həyatımızdakı rolundan danışmaq, və çoxlarını maraqlandıran bir suala cavab yazmaq istəyirəm. Elə bir durumdayıq, şəkildə gördüyünüz oğlan kimi, hər tərəfimiz elektronik cihazlarla doludur. Telefon, planşet, kamera, noutbuklar və sair çoxlu belə cihazlar, ətrafımızı sarmış durumdadır. Biz isə bu “location” on olan çoxlu “şeylərin” arasında qalmışıq. Harada olduğumuzu, neynədiyimizi, hamısını ən yaxın dostumuzla bölüşməsək belə, Samsung-la, Apple-la,  HTC ilə və sair bu kimi markalarla bölüşməkdəyik. Ətrafımda olan insanlar, yaxınlarım, tanışlarım tərəfindən məndən soruşulan suallardan birinə bu mövzuda cavab yazıb qısaca açıqlama vermək istəyirəm. Son 3-4 ayı nəzərə alsam , hardasa 10-15 fərqli adamdan , “SMS-lərimiz oxumunurmu?” , “Messenger-lərdəki yazılarımızı bizdən başqa kimlərsə görürmü?” kimi suallar almışam..

Ardını oxu..

Tarkan – 10 (Full albom)

“Yine sensiz” albomu ilə debut edən Tarkanın, illər sonra “10” albomu.. Yükləmək üçün link yerləşdirmişəm yazının ardına..   Albomdakı mahnıların hamısına baxdım, yaxşıdılar , ancaq ən yaxşı olan “Beni çok sev” , “Ağladım” , “Herşey fani” , “O sevişmeler” mahnılarıdır. Digərləridə yaxşıdı, sonuçta oxuyan Tarkandısa , əksər mahnılar yaxşı olacaq. Ancaq daha çox fərqləndirdiklərim adlarını yazdıqlarım oldu.

Albomu YouTube-a yükləmək olmur hələki. Ona görədə çoxda YouTube-u ələk vələk etməyin bu mahnıları axtarmaq üçün, ha , burdan da götürüb YouTube-a yükləməyin məncə. Çünki accountunuzu blok edə bilərlər =) Xoş dinləmələr )

Ardını oxu..

Bakıda velosiped sürmək

Camaat gəlib Bakıda “Tour de Baku” çərçivəsində velosiped sürür. Sizin bu yollar əlinizdə varkən, məncə sizdə sürün. Artıq 2-3 aydan biraz çox olar ki, mən şəhərdə velosiped sürürəm. Əlbəttə öz velosipedim deyil sürdüyüm. Amma öz velosipedim kimi hiss elədiyim velosiped də tapmışam. Sizdə velosiped sürün məncə, ayrıca sizə bu yöndə bir iki istiqamət verici sözlər yazmaq istəyirəm. Bazar günləri velosiped sürmək o qədər də yaxşı fikir deyil. Çünki çox adam elə bazar günü sürür, bundan başqa , şəhərin maşın yolları bazar günləri sıxlıq olur, millətimiz əylənir axı, ondandır yəgin) Velosipedlə də masterlik göstərməniz lazımdır ki bu yollarda, sağ qalasız. Əlbəttə daha yaxşı sürənlər, özlərini master hiss edənlər yollarla sürsə də olar.. Ki belə master adamlar o qədər çoxdur ki, hələ mən gördüklərimdən 14-20 yaş arası belə yüzlərlə adamlar var. Ancaq təzə təzə sürürsüzsə, bunu parklarda , içəri şəhərdə, bulvarla bayraq meydanına gedərək, Bayraq meydanı ətrafında sürərək inkişaf etdirə bilərsiniz. Bulvarın içində velosiped sürmək pisdir. Yəni dənizə ən yaxın hissədə. Həm qaydalara görə olmaz, həmdə adamlar çoxdur. Adamlar çox olduğuna görə də problem olma ehtimalı çoxdur başqa sözlə desəm.

Ardını oxu..

Yalanı bədən dilindən anlamaq ?!

Bədən dili möhtəşəm bir şeydir.. Bir müddətdir ki , netdə bu mövzuları qurtdalıyıram, başqa dillərdə nələrisə öyrənməyə çalışıram. Başqa dilləri də bilirsiz ki bilmirəm. Google moogle birşeylər eləməyə çalışıram artıq. Bizim dildə informasiya o qədər də yoxdur internetdə. Lap sıfır da deyil düzünə qalsa. Amma bütün mövzular kimi bu mövzuda da yazılar kifayət qədər deyil. İnsanlar bildiyimiz kimi , təkcə sözlərlə, səslərlə deyil, hərəkətlərlə, jestlərlə, mimikalarla və s. danışırlar.. Dediyim kimi, bədən dili şifahi olmayan bir ünsiyyət formasıdır. Ünsiyyətin davranışlarla idarə olunan bir növüdür. Bəzən işarət dili ilə səhv salına bilinir. Ancaq deyim ki, işarət dilində ünsiyyət qəsdən baş verir. Bədən dilində isə, ünsiyyyət tamamilə şüuraltı baş verir.. Qısası, ünsiyyəti təmin edən ən əhəmiyyətli vasitələrdən biridir bədən dili.. İndi sizə, bədən dilindən qısaca danışıb, insanların bu dili özləri də hiss eləmədən istifadə edərək özlərini “ələ verməklərindən” danışım.

Ardını oxu..

Bir şeyi eləmək istəmək..

Hərşey necə olacaq bilmirəm.. Amma həyatda iki şeyin varlığını hamımız bilirik.. Eləmək və eləmək istəmək.. Bəzilərimiz bunların əslində bir-birinə çox yaxın iki söz olduğunu düşünürdük. Ancaq mənim fikrimcə bunlar arasında dağla dərə qədər fərq var.. Bəzi saytlarda, bloglarda şəxsi inkişaf mövzulu yazılarda , yəgin ki sizdə rastlaşmısınız ki bunlar arasında böyük bir yaxınlıqdan danışır yazarlar.. Əsas istəməkdi.. Əsas niyyətdi.. Əsas arzulamaqdır kimi şeylər.. Boş iş boş şeylər. Hamısı mənə görə mənasızdır. Çünki istəmək və eləmək tam ayrı şeylərdir. Adamlar ömürləri boyu nələrisə istəyirlər, arzulayırlar, əldə etmək istəyirlər. Və sadəcə olaraq istəməklə məşğuldurlar. Ömürləri boyu sadəcə istəməklə məşğul olan şəxslər, ömürlərinin sonunda da geriyə baxıb bir zibil edə bilmədiklərini hiss edərlər.. Görərlər.. Başa düşərlər..

Ardını oxu..

Instagramın 100 milyonluq ulduzları

Bugün sizə 100 milyonluq instagram ulduzlarından danışacam. Ən çox izləyici sahibi olan profillərdən.. Hansı ki yaşlarına baxanda elə də çox olmayan, ancaq uğurlarına baxanda nəhənglikləri ilə gözqamaşdıran ulduzların profilləri.. Bəllidir , yəgin çoxlırınız bilirsiniz ki, instagramda ən çox izləyici sahibi olan profil, məhz elə instagramın öz rəsmi profilidir.. @instagram profili yəni.. Bundan sonra isə listin 2-ci yerindəki şəxs 22 iyul 1992 ci il, Texas doğumlu, ABŞ-lı müğənni-aktrisa Selena Gomes-dir. Bu adam 19 filmə çəkilib bu yaşda, bu cəhənnəm, bundan başqa 9 seriala da çəkilib. Hələ bunların üstünə bir də 7 albom çıxarıb.. 50-dən çox böyük mükafatlara namizəd olub və bunlardan 20-dən çoxunu qazanıb.. Hazırda instagram profilində 119 milyondan çox izləyicisi var. Rəsmi profil linki:  @selenagomez

Ardını oxu..